Yanğın baş verib

  • SpaceTV
  • 22 Avqust 2019 14:52

 Şirvanda “Bağ evləri” yaşayış massivinin ərazisində yanğın baş verib.

Şirvan şəhərinin “Bağ evləri” yaşayış massivi ətrafında olan yanğın  sakinlərə təhlükəli anlar yaşadıb. Qamışlıq sahədə başlayan yanğın küləyin təsiri ilə əhatəsini genişləndirərək yaşayış evlərinə döğru istiqamət alıb.

Sakinlərin sözlərinə görə, ərazi quru kol və qamışlıqdan ibarət olduğundan tez-tez qəsdən belə yanğınlar törədilir.

Yanğının getdikcə gücləndiyini görən sakinlər FHN-nin Şirvan Yanğından Mühafizə Hissəsinə məlumat veriblər. Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

Onların  birgə səyi nəticəsində yanğın söndürülüb və  yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Sakinlərin sözlərinə görə, ərazi quru kol və qamışlıqdan ibarət olduğundan tez-tez qəsdən belə yanğınlar törədilir. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli –Space – Şirvan

Paylaş

 Xəbəriniz olsun