Yanğın ərazisində oğurluq

  • Space TV
  • 16 Dekabr 2019 11:34

Hamının başı yanğının söndürülməsinə qarışdığı bir vaxtda fürsətdən istifadə edərək öz çirkin niyyətlərini həyata keçirməyə, oğurluq etməyə çalışanlar da oldu.  Amma polisin ayıqlığı nəticəsində bu arzuları ürəklərində qaldı.

Oğurluq etməyə çalışan şəxs hətta öz vəsifə borcunu yerinə yetirən polisə müqavimət göstərməkdən də çəkinmədi.

Qeyd edək ki,yanan tikinti materialları bazarında oğurluğa görə 3 nəfər saxlanılıb. Oğurluq edən 1 nəfərin tutulmasına isə  elə çəkiliş qrupumuz şahidlik edib.

LALƏ ÜLVİQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun