“Yanardağ”da sönən çevriliş planı – VİDEO

  • SpaceTV
  • 20 Oktyabr 2019 12:32

“93, ya da 94-cü il idi. Məni Nardarana çağırdılar. Şahin Musayev Nardaranda idi. Getdim, gördüm hamısı oturublar. Heydər Əliyevin əleyhinə çevriliş hazırlayırdılar. Rəhim Qazıyevin qardaşı da orada idi. O vaxt Abşeron rayonununun polis rəisi vardı, mənim dostum idi. Soyadı Əliyevdi. Dedi generalın səninlə işi var, biz çevriliş edəcəyik, Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdıracağıq, sən də bizə kömək etməlisən”. Bu hadisə ilə bağlı ilk dəfə Space TV-nin efirində yayımlanan “Sadə Həqiqətlər” verilişində İman Hüseyn məscidinin axundu Hacı Əbdül danışıb. Axund qiyamçıların bir sıra strateji obyektlərin tutulmasını ona həvalə etdiklərini deyib: “Dedi sən Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyini və Ali Soveti ələ keçirəcəksən. Sonra biz də gələcəyik. Deyirəm, bəs mən bütün bu mühüm strukturları ələ keçirdikdən sonra siz haradan gələcəksiniz? Dedi, biz də sizi müdafiəyə gələcəyik. Deyirəm, nəylə gələcəksiniz? Dedi, tanklarla. Dedim, daha de ki, qırmağa gələcəyik. Dedim, bizim silahımız yoxdur, dedi, biz sizə silah verəcəyik”. Hacı Əbdül öncə təklifdən imtina etdiyini, sonra isə işin əslini öyrənmək üçün qiyamçılardan iki gün vaxt aldığını bildirib: “Dedim səni bura kim dəvət edib. Dedi, xalq dəvət edib. Dedim, bu xalq, bu da sən, mən getdim. Mən bayıra çıxmışdım, məni çağırdı ki, bura gəl. Gəldim. Dedi, məni xalq yox, Ayaz Mütəllibov göndərib. Bu mənim üçün çox maraqlı oldu. Dedim, olar ki, mənə iki gün vaxt verəsiniz, fikirləşim? Dedi, vaxt verdim, iki gündən sonra görüşərik. Oradan çıxdım, Moskvaya və geriyə bilet aldım. Gəldim Ayaz Mütəllibovun yanına. Dedim, Ayaz müəllim Bakıda sənin adından belə hadisələr baş verir. Dedim, sən Şahin Musayevi göndərmisən, o da xalqı hakimiyyətə qarşı qaldırır. Bu düzdür, yoxsa yalan? Dedi, Hacı özünü təcili çatdır, mənim bu işlərdən xəbərim yoxdur. Get qarşısını al. Mən gəldim. “Yanardağ” restoranının müdiri Məhəmməd vardı. Bu yığıncaqlar “Yanardağ”da olurdu. Onu da, digərləri də öz bağıma çağırdım. Nasosnuda bağımız var. Bileti göstərdim, dedim bu sizi aldadır, xalqı aldadır. Xalqı Ayazın adından qırğına verəcək, getməyin. Bu vaxt “Yanardağ”ın müdiri, “mən bu dəqiqə gedib onun başına bir güllə vuracam”, dedi. Dedim lazım deyil, sabah görüşərik, mən üzünə deyərəm, sən onda gülləni vurarsan. Sabahısı görüşdük. Mən ona da bileti göstərdim, dedim insanları aldadırsan, xalqı qırğına vermək istəyirsən. Onda məni söydü. Sonradan hamısını tutdular”.

Paylaş

 Xəbəriniz olsun