Yanan TIR sualtı tuneldə yolu bağladı: 14 maşın bir-birinə çırpıldı

  • Space TV
  • 18 Dekabr 2019 15:38

Yaponiyanın Kavasaki şəhərində sualtı tuneldə 15 avtomobilin iştirakı ilə baş verən kütləvi qəzada bir nəfər ölüb, 28 nəfər yaralanıb.

Bu barədə TBS NEWS xəbər yayıb.

Bildirilir ki, qəzaya səbəb yük maşınının alovlanması olub.

Tuneldən keçərkən ağır yük maşını gözlənilmədən alovlanıb. Sürücü pəncərədən çıxa bilib, ancaq alovlanan yük maşını keçidi əngəlləyib. Yanan maşına  ekskursiya avtobusu, arxasınca da 14 maşın çırpılıb. Avtobus sürücüsü ölüb, 28 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Hazırda tuneldə nəqliyyatın hərəkəti bərpa edilib, qəzada iştirak edənlərin hamısı təxliyyə olunub.

Paylaş

 Xəbəriniz olsun