Yanan bazarda tikinti işləri dayandırıldı

  • Space TV
  • 4 Yanvar 2020 14:57

Ticarət mərkəzinin bütün avadanlıqları yanar və yüngül konstruksiyalarla tikildiyi üçün yanğının əhatəsi qısa zamanda genişlənərək ticarət mərkəzini bütövlükdə əhatə etmişdi.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, Elnur Babayev deyir ki, bu normativ tələb obyektin layihə sənədlərində nəzərdə tutulmalı və inşası zamanı nəzərə alınmalıdır. lakin yanğın təhlükəsizliyi  haqqında qanuna uyğun olaraq, obyektin sahibi tərəfindən layihə sənədləri ekspertiza olunması üçün Dövlət Yanğın Nəzarət Xidmətinə təqdim olunmayıb, tikintisi və istismarı xidmətlə razılaşdırılmadan, həyata keçirilib.

Artıq tikinti və quraşdırma  işləri dayandırılıb və bazar rəhbərliyi ilə yanaşı mağazası yanan sahibkarlaradaxəbərdarlıq edilib.Yalnız qaydalara və tələblərə uyğun formada tikintinin aparılmasının mümkünlüyü bildirilib.

FHN-dən oda bildirildi ki, paytaxtda fəaliyyət göstərən “Binə” və “Sədərək” ticarət mərkəzlərində də tikinti zamanı yanğın təhlükəsizliyi normalarına laqeyd münasibət göstərilib, normativ sənədlərin tələblərinə uyğun olaraq, yanğına qarşı sədlərlə ayrılması tələblərinə  riayət olunmayıb.DYNX-nin şöbə rəisi Elnur Babayev onuda bildirdi ki, artıq 2020-ci ilin yanvar ayından etibarən ölkədə dövlət mülkiyyətində olan obyektlər və sahibkar subyektlərində DYNX-i tərəfindən yanğın texniki müayinələrin keçirilməsinə  başlanılıb.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun