Yanacaq daşıyan altı yük maşını alova büründü

  • SpaceTV
  • 28 İyul 2020 14:54

İranın Kirmanşah əyalətində yanacaq daşıyan altı yük maşını yanıb.

“İnterfaks” agentliyi xəbər verir ki, hadisə nəticəsində ölən olmasa da, çoxlu sayda şəxs xəsarət alıb.

Qeyd olunur ki, partlayış yük maşınlarından birində baş verib, sonra isə sürətlə digər yanacaq çənləri daşıyan avtomobillərə keçib.

Alovun söndürülməsinə 100-ə yaxın yanğınsöndürən texnika cəlb olunub.

İnsidentin səbəbləri araşdırılır.

Paylaş

 Xəbəriniz olsun