Yağışlı havada yol qəzaları və tıxaclar artıb

  • SpaceTV
  • 14 Yanvar 2020 12:16

Yağışlı havada yol qəzaları da tez-tez baş verir. Əsas səbəb isə yağışlı havada yerin sürüşkən olması, sürücülərin yüksək sürət və ara məsafəsini düzgün saxlamamasıdır.  Yagışlı havada yollardakı qəzaların və tıxacların çox olmasının müxtəlif səbəbləri var.

Eksperlər  bildirir ki, yağmurlu havada yollarda sürət həddi endirilir və yağış yağdığına görə avtomobillərin hərəkətində ləngimə müşahidə edilir ki, bu da yollarda sıxlığa səbəb olur.

Qeyd edək ki yollardakı sürüşmə halı yağış yeni yağdığı zaman daha çox müşahidə edilir.

Yağmurlu havada baş verən qəzaların sayının da çox olmasında sürücülərin payı var. Ekspertlər bildirir ki, avtomobillərin texniki göstəriciləri yerində olarsa bu qəzaların qarşısını bir qədər ala bilər. Odur ki özünüz diqqətli, avtomobiliniz saz  olsunki, gedeəcəyiniz yer son mənzil yox mənzilbaşı olsun.

Orxan Şükür  SPACE TV

Paylaş

 Xəbəriniz olsun