Yağış yağacaq, dolu düşəcək

  • SpaceTV
  • 30 Avqust 2019 15:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava məlumatını açıqlayıb.

Space TV – Proqnoza əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.  Gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Azərbaycanın rayonlarında isə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi şimal və şərq rayonlarında yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağış tədricən kəsiləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Paylaş

 Xəbəriniz olsun