Hindistanın iki vilayətində baş verən leysan fəlakətində son bir neçə gündə 66 nəfər ölüb.
Space.TV xəbər verir ki, ölkənin Kerala və Karnataka əyalətlərində leysan xarakterli yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
Vayanad əyalətində çay sahəsində baş verən sürüşmə zamanı torpaq altında qalanlardan 7-i qurtarılıb, 15 nəfərin isə axtarışları davam etdilir.
Ümumilikdə isə bölgədə 125 min sakin üçün 1111 çadır quraşdırılıb.