Yağan yağışlar təbii olaraq dağ çaylarında sululuğu artırıb.

  • Space TV
  • 6 May 2020 15:15

Qabaqlayıcı tədbirlər Qax rayonunun İlisu kəndi ərazisindən keçən Kürmük və Ağçay kəndinin eyniadlı çayında aparılır. Kürmük çayında mühafizə bənləri ötən il də salınıb. Bu il isə daha 270 metrlik daş-beton bəndin tikintisi üçün işlərə start verilib. Ağçay kəndində isə 150 metrlik bənddə son tamamlanma işləri görülür…

Dağ çaylarından götürülən su əkin sahələrinin suvarılmasını təmin edir. Əvvəlki illərdə kanalların torpaq olması suyun sahələrə itki ilə çatmasına səbəb olurdu. Ancaq yeni salınan beton kanallar bunun qarşısını alır.

Qeyd edək ki,artıq bir neçə ildir ki,dağ çaylarının sahillərində kəndlərin sel sularından  mühafizəsini təmin olunması məqsədi ilə geniş miqyaslı sahil bərkitmə işləri aparılır. Görülən işlər ilin sonuna qədər davam edəcək…

 İlkin Piranov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun