Yağan yağışlar nəticəsində isə dağ çaylarında sululuq artıb

  • Space TV
  • 26 May 2020 15:00

Azərbaycanda ən cox sel təlükəsi olan çaylardan biri də Oğuz rayonu ərazisindən axan Qala çaydır. Hər il yaz-payız aylarında bu çay Oğuz rayonunun Filfilli ,Xaçmaz və Sincan kəndlərində yaşayış yerləri və əkin sahələrində fəsadlar törədir. Bu il Qalaçayın sel təhlükəsinin qarşısının alınması üçün çayın yatağında təmizləmə və mühafizə divarlarının qurulması işlərinə başlanılıb. Ancaq yağan yağış nəticəsində çaya gələn sel əvvəlki illərdə tikilmiş bəndlərin belə üzərindən keçib.

Hazırda çayın sağ sahilində yerləşən Fifilli , Ərmənət və digər kəndlərin örüş, əkin sahələrinin və ən əsası kənd yaşayış massivinin qorunması üçün 6 metr hündürlüyü, yüz paqonmetr uzunluğu olan 1200 kum metr daş beton mühafizə bəndinin inşasına başlanılıb. Sol sahildə isə….

Qala çay yatağının təmizlənməsi və mühafizə divarlarının qurulması işlərinin iki ay müddətində yekunlaşması nəzərdə tutulur.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun