Yağan güclü yağış nəticəsində 5 çaydan sel keçib

  • Space TV
  • 27 Avqust 2020 14:22

Bir neçə gündür ölkə ərazisində yağan yağışlar nəticəsində dağ çaylarında sululuq artıb. Oğuz rayonu ərazisindən axan 5 çaydan sel keçib.

Space TV-nin məlumatına görə, çayın sahilində olan 10 kilovoltluq elektrik dirəyinin özülünü sel suları yuyub, yaxınlıqdakı meşəyə su düşüb. Xalxalqışlaq çayında görülən tədbirlərdən sonra kənd əhalisinin istifadə etdiyi yolda gediş-gəliş bərpa edilib. Ağır texnikanın köməyi ilə çay yatağına dolmuş qum, çınqıl kütləsi təmizlənərək çayın kənarına yığılıb.

İki gün davam edən güclü yağışlar nəticəsində ən çox sel təlükəsi olan çaylardan hesab olunan Qala çayından da sel keçib. Bu çayın da məcrası dolaraq 6 metr hündürlüyündə olan bəndləri lil qatı altında qoyub. Hazırda selin yaratdığı fəsadlar aradan qaldırılır.

Hazırda çayın sağ və sol sahilində yerləşən kəndlərin örüş, əkin sahələrinin və ən əsası kənd yaşayış massivinin qorunması üçün tədbirlər davam etdirilir. Aidiyyatı qurumlar son günlər gücləndirilmiş iş rejiminə keçib.

Paylaş

 Xəbəriniz olsun