Yəməndə yeni hökumət yaradılır

  • SpaceTV
  • 13 Avqust 2020 11:00

Yəməndə yeni hökumət formalaşdırmaq üçün görüşlər başlayıb.

Spacetv.az xəbər verir ki, bu barədə Yəmən prezidenti Abdurabbu Mansur Hadinin müşaviri Əbdülmalik əl-Mihlafi özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, ölkə prezidenti tərəfindən yeni hökuməti formalaşdırmaq üçün təyin olunan Muin Əbdülmalik artıq danışıqlara başlayıb.

Prezidentin müşaviri qeyd edib ki, danışıqlardan sonra hökumət qurulacaq.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ötən il noyabrın 5-də Yəmən hökuməti ilə Müvəqqəti hökumət arasında qarşılıqlı müqavilə imzalanıb.

Lakin razılaşma təhlükəsizlik bəndlərinin tərəflər arasında yaratdığı fikir ayrılığı səbəbindən həyata keçirilə bilməyib.

Paylaş

 Xəbəriniz olsun