Yəməndə rəsmiləri daşıyan təyyarənin endiyi aeroportda partlayış: Ölənlər var

  • Space TV
  • 30 Dekabr 2020 16:13

Səudiyyə Ərəbistanından uçan və Yəmənin hökumət nümayəndələrini daşıyan təyyarənin endiyi aeroportda güclü partlayış baş verib.

“RİA Novosti” yerli mənbəyə istinadla xəbər verir ki, hadisə Cənubi Yəmənin paytaxtı Ədəndəki hava limanında olub.

Hadisə zamanı azı 5 nəfər ölüb, 20-dən çox insan yaralanıb. Ölənlər arasında insan hüquqları nazirinin də olduğu bildirilir.

Qeyd edilir ki, bütün nazirlər Ədəndəki hökumət sarayına aparılıb.

Paylaş

 Xəbəriniz olsun