Yəməndə koronavirusa yoluxanların 25 faizi ölüb

  • Space TV
  • 9 İyun 2020 10:52

Yəməndə yeni növ koronavirusa yoluxanların 25 faizi həyatını itirib.

“Anadolu” agentliyi bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) “Humanitar İşlər Koordinasiya Ofisi”nin (OCHA) açıqlamasına istinadla xəbər verir.

Yəməndə koronavirusa ilk yoluxmanın müəyyən edildiyi 10 apreldən indiyədək 486 yoluxmanın aşkar edildiyi bildirilir.

Virusa yoluxanların 112-nin vəfat etdiyi qeyd olunur.

Paylaş

 Xəbəriniz olsun