Xüsusi rejim dövründə şagirdlərin bilik və bacarıq səviyyələrinin artırılması məqsədilə internet üzərindən dərslər keçirilir.

  • SpaceTV
  • 31 Mart 2020 15:07

Koronavirus epidemiyasının aradan qaldırılması məqsədilə atılan addımlardan biri də təhsil müəssisələrinin müvəqqəti bağlanması oldu. Tədris ilinin sonlarının olduğunu nəzərə alsaq, bu addım şagirdlərə mənfi təsir edə bilərdi. Məhz bu halın baş verməməsi, yəni şagirdlərin proqramdan geri qalmamaları üçün internet üzərindən dərslər keçirilir.  Mədəniyyət Nazirliyinin önə sürdüyü layihələrlə bütün siniflər üzrə dərs prosesi şagirdlərə həm televiziya, həm də internet üzərindən təqdim edilir. Kürdəmir Regional Mədəniyyət İdarəsi də sözügedən layihənin icrasını uğurla həyata keçirib. Artıq günlərdir ki, rayonda fəaliyyət göstərən Uşaq İncəsənət Məktəbi də online dərslər həyata keçirir. Şagirdlər artıq çölə çıxmadan, evlərindəcə internet vasitəsilə dərslərə qatıla, yeni proqram və mövzularla tanış ola bilirlər. Müxtəlif növ musiqi alətlərini tədris edən müəllimlər şagirdlərlə fərdi şəkildə dərslər aparırlar. Vizual görüntü vasitəsilə şagirdlərin suallarını cavablandırır və yeni mövzuları izah edirlər.

Qeyd edək ki, online dərs prosesi xüsusi rejimin hökm sürəcəyi növbəti günlərdə də öz işini davam etdirəcək.

 VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun