Xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinir.

  • Space TV
  • 18 Aprel 2020 14:46

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Şahağacı kəndinin sakini olan 6 nəfərin yaşadıqları kənddə hazırda istifadə olunmayan tikilinin damında qumar oynadıqları aşkar olunub. Karantin rejimi qaydalarını pozan həmin şəxslər saxlanılaraq şöbəyə gətirilib. 

Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və inzibati qaydada həbs olunublar.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun