Xurma

  • SpaceTV
  • 2 Noyabr 2019 15:23

Xurma becərən fermerlər bu il məhsulun bol olduğunu deyir.  Bağlardan yığılan xurma ənənəvi sort sayılmaqla, el arasında “şişburun xurma” adlandırılır. Dərildikdən bir xeyli sonra yetişən bu meyvəni nədənsə ölkəmizdə elə də çox istehlak edilmir. Meyvənin alıcıları ilə bağ sahibləri öncədən sövdələşib razılaşırlar.

Fermer deyir ki, yazda yaxşı  suvarılan  təsərüfat yaxşıda məhsul verir. Eyni zamanda meyvənin dənəsi də iri olur.  Qiymətlər  isə bu il keçən ilkindən bir qədər artiqdı…Ötən  mövsüm şişburun xurmanın bir yeşiyi 4 manata satılırdısa, indi  5 manatdı.

Xurma həm də faydalı meyvədi… Tərkibində olan fosfor  beynin ehtiyaclarını qarşılayır, yorğunluğu aradan qaldırır. Bu meyvə  eyni zamanda B1 və B2 vitaminləri ilə də zəngindir. Tərkibində yod maddəsi olduğundan “zob” xəstəliyi olan insanlara da xeyri var.

Vasif Vaqifoğlu  SPACE TV

Paylaş

 Xəbəriniz olsun