Xurma yığımı yekunlaşır

  • SpaceTV
  • 9 Noyabr 2019 15:50

Hazırda xurma yığımına başlanılıb. Elə Yolayrıc kəndində də hansı həyətə daxil olsan sakinlərin xurma tədarükü ilə məşğul olduğunu görmək olar.Bağdan yığılan xurma yeşiklərə ,daha sonra isə yük maşınlarına yığılır.Məhsulun bol olmasına baxmayaraq çox az sayda olan alıcılar da elə kəndlilərin qapılarına gederək xurmanı yerində alırlar.

Ağacın böyüklüyündən asılı olaraq hər ağacdan 250 kq-a dək məhsul yığan sakinlər məhsuldarlıqdan və məhsulun keyfiyyətindən razıdırlar.

:Dənə halında yığılaraq yeşiklərə düzülən xurma əsasən Rusiya, Ukrayna bazarlarına ixrac olunur. Alıcılar tərəfindən seçilən xurmanı isə bağ sahibləri qabığını soyub qurudaraq satışa çıxarırlar.Qiymətlərə gəldikdə isə yaş xurmanın 1 kilosu 15-20 qəpiyə satılırsa,qurudulmuş xurmanın bir kilosu 1.50 – 2 manata satılır.

İlkin Piranov SPACE TV

Paylaş

 Xəbəriniz olsun