Xorvatiyalı futbolçu koronavirusa yoluxduğunu matçın fasiləsində öyrənib

  • Space TV
  • 12 Noyabr 2020 11:26

Xorvatiya millisinin futbolçusu Domaqoy Vidada koronavirus aşkarlanıb.

Spacetv.az Xorvatiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi infeksiyaya yoluxduğunu Tükiyə ilə yoldaşlıq matçının (3:3) fasiləsində öyrənib. Hadisə test nəticələri gec gəldiyi üçün baş verib.

Bu səbəbdən, təcrübəli oyunçu ikinci hissənin startında Filip Uremoviçlə əvəzlənib.

Qeyd edək ki, Domaqoy Vida Türkiyənin “Beşiktaş” klubunda çıxış edir.

Paylaş

 Xəbəriniz olsun