Xızıda yük maşını traktorla toqquşdu: Ölən var

  • Space TV
  • 1 Mart 2021 12:57

Xızı rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə rayonun Sitalçay kəndi ərazisində “İveco” markalı yük avtomobili və “Belarus” markalı traktorun toqquşması barədə məlumat daxil olub. 

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasediciləri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri yük avtomobilindən, 1 nəfərin meyitini isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun