Xızıda polislər imkansız ailələrə ərzaq yardımı edib

  • SpaceTV
  • 2 Aprel 2020 16:22

Xızıda polis əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı edib.

Bu barədə SPACE TV-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Məlumatda qeyd olunub ki, Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşularaq, rayon ərazisində yaşayan və maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara dəstək olublar.

RPŞ-nin əməkdaşları qonağı olduqları evlərdə yaşlı rayon sakinləri ilə səmimi söhbətlər apararaq, onları maraqlandıran sualları cavablandırıblar. Hər bir ailəyə ərzaq yardımı edən polislər, onlara vətəndaşlarımızın sağlamlıqlarının təmin olunması istiqamətində ölkə rəhbərliyi tərəfindən atılan qətiyyətli tədbirlər barədə məlumat veriblər.

Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan Azərbaycan polisinə minnətdar olduqlarını bildiriblər.

Paylaş

 Xəbəriniz olsun