Xızıda ağır yol qəzası – 4 nəfər öldü

  • SpaceTV
  • 2 Noyabr 2019 11:01

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xızı rayonu ərazisində “Mercedes” və “Lada” markalı iki minik avtomobili toqquşub.

SPACE TV  xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 4 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş

 Xəbəriniz olsun