Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir gündə rayon ərazisində narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən altı rayon sakini saxlanılıb.

  • Space TV
  • 30 Yanvar 2020 16:50

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri, əvvəllər dəfələrlə məhkum olunanlar 45 yaşlı Gülağa İmanbaxışov və “Qəzi” ləqəbli 34 yaşlı Qəzənfər Mobilov, həmçinin 36 yaşlı Rövşən Qurbanov, 48 yaşlı Əlimirzə Rəsulov, 30 yaşlı Zülfüqar və 38 yaşlı Samir Qurbanovlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların üzərilərinə baxış keçirilən zaman Gülağa İmanbaxışovdan küllü miqdarda, təmiz çəkisi 475 qram təşkil edən qurudulmuş marixuana, digər beş nəfərdən isə istehlak miqdarından çox narkotik maddə olan heroin və marixuana aşkar olunub.

Qeyd olunan faktlarla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Emin Vaqifoğlu SPACE TV  

Paylaş

 Xəbəriniz olsun