Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

  • Space TV
  • 10 Yanvar 2020 15:49

Polisin  keçirdiyi  əməliyyat zamanı narkotiklərin dövriyyəsi ilə məşğul olan rayon sakini, 26 yaşlı Məmmədhüseyn Gülməmmədov və ona narkotik vasitəni gətirən taksi sürücüsü, Şabran rayon sakini 43 yaşlı Vaci Taciyev saxlanılıblar. Onlardan kibrit qutularında və kağız bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Polis əməkdaşları tərəfindən vasitənin mənbəyi də müəyyən edilib. Davam etdirilən tədbirlərlə narkotiklərin satışı ilə məşğul, Şabran rayon sakini, əvvəllər məhkum olunmuş “Baba” ləqəbli Balabək Babayev yaşadığı rayon ərazisində tutularaq Xızı RPŞ-nə gətirilib.

Dindirilmə zamanı Balabək  Babayev respublikanın şimal rayonlarında narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Xızı RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun