Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyəti – AÇIQLAMA

  • SpaceTV
  • 26 Yanvar 2021 10:52

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində yaralılardan bəziləri evə buraxılıb.

Bu barədə Spacetv.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

“Emil Əliyev, Arif Hüseynov, Musayev Firudin, Simayə Ələzova və Xədicə Şükürzadə evə buraxılıblar”, – deyə qeyd edilib. 

TƏBİB-dən qeyd edilib ki, Vüsal Musayevin müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı bir nəfər ölüb. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun