Xırdalanda axtarış işlərinə xüsusi təlim keçmiş itlər cəlb edildi – FOTO/VİDEO

  • Space TV
  • 26 Yanvar 2021 10:50

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində axtarış-xilasetmə əməliyyatının davam etdirilməsi üçün Xüsusi Riskli Xilasetmə Xidmətinin 228 nəfər şəxsi heyəti iştirak edir.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həmçinin əraziyə 19 ədəd texnika və 4 xüsusi təlim keçmiş it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər şəxsi heyət və 3 ədəd texnika cəlb olunub.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. 

Paylaş

 Xəbəriniz olsun