Xınalığa qar yağıb – VİDEO

  • Space TV
  • 25 Avqust 2020 11:46

Qubanın dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Xınalıq kəndinə qar yağıb. Space TV-nin xəbərinə görə, qarın yağması ilə əlaqədar temperatur 2-3 dərəcəyədək aşağı düşüb. Kəndin yaşlı sakinləri deyir, ilk dəfədir ki, avqust ayında kəndə qar yağmasına şahid olurlar. Xınalıq kəndi dağlıq ərazidə yerləşdiyi üçün burada qış çox sərt keçir. Hər il qışı daha tez qarşılayan Xınalıq sakinləri tədarüklərini yayın ilk aylarında  görürlər. Lakin bu günlərdə qarın yağması  onların bəzi işlərini çətinliyə salıb.

Yağan qar  Quba –Xınalıq yolunda sürücülər üçün də çətinlik yaradıb. Yollarda baş verən torpaq uçqunu səbəbindən avtomobillərin hərəkətində fasilələr yaranıb. Xınalığa getmək isətəyən bəzi sürücülər yolun təhlükəli olduğunu görərək geri qayıtmalı olublar. Bununla bağlı əraziyə texnikalar və canlı qüvvə cəlb olunub.

Təbiətin gözlənilməz sürprizi səbəbindən  zərurət olmadığı halda sürücülərdən bu istiqamətdə hərəkət etmələri tövsiyə olunmur.

Qar böyüklərin işini çətinliyə salsa da uşaqların ürəyincə olub. Axı qartopu oynamaq onlar üçün həmişə maraqlı olur.

Paylaş

 Xəbəriniz olsun