XİN rəsmisi: “Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək”

  • Space TV
  • 27 Yanvar 2021 11:40

Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Nigeriya sahillərində piratlar tərəfindən öldürülən Fərman İsmayılovun nəşinin Azərbaycana gətirilməsi prosesindən danışıb. 

O bildirib ki, hadisə ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Baş Prokurorluğa müraciət edib:

“Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək. İlkin olaraq meyitə məhkəmə-tibb eksperti tərəfindən baxış keçiriləcək. Ondan sonra mərhumun nəşi ailəsinə təhvil veriləcək”. 

Paylaş

 Xəbəriniz olsun