Xidmət rəisindən SSRİ pasportu ilə yaşayanlara MÜRACİƏT

  • Space TV
  • 8 Fevral 2020 12:29

Dövlət Miqrasiya xidmətinin rəisi Vüsal Hüseynov ölkədə SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərə müraciət edib.

SPACE TV  bildirir ki, müraciət V.Hüseynovun rəsmi “Facebook” səhifəsində yayımlanıb.

V.Hüseynov qeyd edib ki, Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərindən biri də vətəndaşsızlıq hallarının aradan qaldırılmasıdır:

“Hazırda heç bir ölkənin vətəndaşlığına mənsub olmayan, ölkə ərazisində keçmiş SSRİ pasportları əsasında yaşayan və ya vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxslərin Xidmətə müraciət etməsini xahiş edirik. Ətrafınızda belə şəxslər varsa, tanıyırsınızsa, onları məlumatlandıra və ya əlaqə vasitələrini bizə göndərə bilərsiniz”.

Paylaş

 Xəbəriniz olsun