Xıdırlıda qəza

  • SpaceTV
  • 28 Oktyabr 2019 15:19

Hadisə rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb. Belə ki, Ələt-Astara magistral yolunda hərəkətdə olan “VAZ-2107” markalı avtomobil qəfil idarəetməni itirərək aşıb. Qəza nəticəsində Biləsuvar rayon sakinləri, 65 yaşlı Ağamusa Fətullayev və onun oğlu 23 yaşlı Əli Fətullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ata-oğul Salyan Mərkəzi Rayon Xəstəxanasına çaydırılıb. Əli Fətullayev tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb. Xəstəxanada həkimlərin səyinə baxmayaraq Ağamusa Fətullayevin həyatını xilas etmək mümkün olmayıb, o, dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Təyyr Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun