Hər insan bağlı bir kitabdır. Dəfələrlə gördüyümüz, hər dəfəsində dilucu salamlaşıb yanından keçdiyimiz adamların kim olduğunu, hardan gəlib hara getdiyini, dərdlərinin nə olduğunu bilmirik. Bir insanın taleyi ilə maraqlanmayana qədər…Elə Aytac Hacıyeva kimi. O hələ gəncdir. 25 yaşlı Aytacın iki övladı var. O uşaqlar da bütün uşaqlar kimi analarının sağlam yanlarında olmasını istəyirlər və həmin günü böyük səbirsizliklə gözləyirlər.
Ağır xəstəliyə düçar olan Aytacın əslində dərdinin dərmanı da var.Aytaca ilik köçürmə xaricdə baş tuta bilər.Bunun üçün isə 90 min dollar pul lazımdır.
Əgər bu anaya yardım əlinizi uzatmaq istəsəniz o zaman gördüyünüz 051-977-88-39, 055-277-24-23 nömrələrinə zəng vurub ailəni sevindirə bilərsiniz. Gəlin bu anaya yardım edək. Onu həyata döndərmək əslində siz xeyirsevərlərin əlindədir. Gəlin Aytacı ailəsinə, gözüyaşlı balalarına qaytaraq. O ananın həyatını, gələcəyini yarımçıq qalmağa qoymayaq. Onu xəyallarına qovuşduraq. Bu xeyirxahlığınızın əvəzini bir zaman alacağınıza şübhə etmirik.
Lalə Ülviqizi Space