Xavi: “Barselona”ya rəhbərlik etməyə hazırlaşıram”

  • SpaceTV
  • 29 İyun 2020 10:32

Qətərin “Əl-Sadd” klubunun baş məşqçisi Xavi Ernandez İspaniyanın “Barselona” klubunun baş məşqçisi olmaq istəyir.

Sport.es saytına müsahibə verən X.Ernandez Kataloniya klubuna rəhbərlik etməyin ən böyük arzusu olduğunu bildirib

“Doğma klubuma qayıdıb, uğurlarımı davam etdirmək istəyirəm. Mən və rəhbəri olduğum məşqçilər heyəti buna hazırlaşırıq”.

Sabiq yarımmüdafiəçi əlavə edib ki, “Barselona”ya prezident seçkilərindən sonra qayıtmaq daha ideal variant olardı:

“Yanvar ayında rəhbərlik mənə müraciət etdi, amma nə vəziyyət, nə də vaxt uyğun gəldi. Ümid edirəm ki, “Barselona”dan yenə zəng edəcəklər”.

Paylaş

 Xəbəriniz olsun