Xarici ölkələrdən gətirilən qurbanlıq

  • Space TV
  • 28 İyul 2020 14:12

Qurban Bayramı yaxınlaşdıqca ölkənin 4 bir tərəfindən paytaxt Bakıya Qurbanlıq heyvanlar gətirilir.Hətta Gürcüstan, Dağıstan, Rusiya  Ukraynadan gətirilən heyvanlar da var satışda.

10  ilə yaxındır ki, hər il Qurban bayramına 1 ay qalmış  Azərbaycana mindən  artıq  xırdabuynuzlu heyvan gətirərək satışını həyata keçirən Mehman Nəsibov  deyir ki, tələbat yüksək  olduğu üçün bu il heyvanların sayını artırıb.Ancaq koronovirus pandemiyası diri heyvanlarla yanaşı ətin qiymətinə də təsirsiz ötüşməyib

Qurban bayramı üçün indidən bazarlara üz tutan alıcılar isə deyirlər ki, xaricdən gətirilmiş heyvanların qiyməti sərfəli olsada, bu heyvanların sağlamlığına tam zəmanət yoxdur.Ancaq heyvanların qiymətində ucuzlamanı alıcılarda təsdiq edirlər

Məlumat üçün bildirək ki, bu il Qurban bayramı karantin günlərinə təsadüf  etdiyi  üçün ,aidiyyatı qurumlar tərəfindən qurbanlıq  heyvanlarının  satışını həyəta keçirən bazar rəhbərlərinə  və kəsim məntəqələrinin sahiblərinə   karantin qaydalarına riayət etmək şərtilə işlərini icra etmələri tapşırılıb.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun