Xarici mütəxəssislər Bakıda

  • SpaceTV
  • 14 Noyabr 2019 18:27

Artıq 7-ci dəfədir ki, xarici ölkədən gələn mütəxəssislər paytaxt Bakıda  bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin idarə olunması layihəsinin üzərində işləyirlər. Bakı şəhər mənzil Kommunal Təsərrüfatı Departamenti  tərəfindən  yaradılan  Monitorinq  Mərkəzində  Almaniya şirkətinin Bakıya ezam olunmuş  nümayəndəsi Artur Quasti bildirdi ki, növbəti dəfə nəticələri araşdırmaq üçün Bakıdadılar. Çünki nəticələrin dəqiqləşdirilməsi üçün 2-3 aydan bir kompazisiyanın təkrarlanması nəzərdə tutulur. Mütəxxəsisin sözlərinə əgər bu vaxta qədər çeşidləmədə insanlar bir sıra yanlışlıqlara yol versələr də,  əvvəlki aylarla müqayisədə həm bərk məişət tullantılarının həcmi artıb, həm də düzgün çeşidlənmə qaydalarına artıq riayət olunur.Lahiyənin icrasına başlanılan gündən çeşidlənmə mərkəzində toplanmış  təkrar emala gedən tullantıların həcmi əgər ötən ayda  15  tona yaxın idisə, işlərin başlanılmasından 3 ay sonra gündəlik təkrar emal tullantılarının miqdarı 25 tona çatıb.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun