Xarici İşlər nazirinin müavini Xələf Xələfova Rusiya XİN-in “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanı təqdim olunub

  • SpaceTV
  • 20 Sentyabr 2019 15:52

Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb.

XİN-in mətbuat xidmətindən “Space”-ə verilən məlumata görə, mükafatı təqdim etmək məqsədilə Xarici İşlər Nazirliyinə gələn Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov Xarici İşlər naziri Sergey Lavrovun məktubunu oxuyaraq, Xələf Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığının möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.

Paylaş

 Xəbəriniz olsun