Xarici görünüşünə görə sosial şəbəkəni bir-birinə vurdu

  • Space TV
  • 31 Yanvar 2020 16:18

ABŞ-ın Missuri ştatından olan 39 yaşlı Akişa Lendin xarici görünüşünü sosial şəbəkə istifadəçiləri qızğın müzakirə edib.

O, “Instagram” hesabında övladı ilə fotosunu paylaşdıqdan sonra şahzadə Harrinin xanımı Sasseks hersoqinyası Meqan Markla bənzərliyi ilə hər kəsi heyrətləndirib.

Bu barədə “The Sun” xəbər yayıb.

Paylaşım internetdə virus kimi yayılıb və 16 min “bəyənmə” alıb, həmçinin, 158 min yeni istifadəçi onu izləməyə başlayıb.

“Əvvəl elə bildim ki, Meqansan”, “Vau, Markl kimi görünürsən”, “Meqanın əkiz bacısı”, – deyə şərhçilər təəccüblərini bildiriblər.

Amerikalı qadın etiraf edib ki, küçədə onu tez-tez Sasseks hersoqinyası ilə dəyişik salırlar.

“Hətta ən yaxın dostlarım və ailəm də bunu deyir. Bunu kompliment kimi qəbul edirəm, çünki o, ecazkar qadındır”, – deyə Lend bildirib.

Paylaş

 Xəbəriniz olsun