Xarici diplomatlar Gəncədə – VİDEO

  • Space TV
  • 12 Oktyabr 2020 17:41

Azərbaycandakı diplomatik korpusların rəhbərləri, səfirlər, hərbi attaşelər, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Gəncəyə səfər edib.  Spacetv.az xəbər verir ki, səfərin məqsədi onları Ermənistanın günahsız mülki insanlara və enerji infrastrukturuna qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış etməkdir.

Azərbaycandakı diplomatik korpusların rəhbərləri, hərbi attaşelər, beynəlxalq təşkilatların ölkəmizdəki  nümayəndəliklərinin başçıları Gəncədə Ermənistan ordusunun raket atəşinə məruz qalmış əraziyə  baxış  keçiriblər.

Xarici diplomatlar bir neçə gün  əvvəl  Gəncənin Mərkəzi Bazarına raketin düşdüyü yerə də  gediblər. Erməni  vəşiliyi və vandalizmi  olduğu kimi  beynəlxalq təşkilatların  nümayəndələrinə  təqdim olunub.

Xatırladaq ki, 30-a yaxın diplomatik korpusun nümayəndələləri Gəncədən sonra Mingəçevirə gediblər.

Paylaş

 Xəbəriniz olsun