Xaricdəki azərbaycanlılar qələbə sevinci yaşayır

  • Space TV
  • 11 Noyabr 2020 15:13

Qırx dörd gün davam etmiş hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu torpaqlarımızı 30 ilə yaxındır işğal altında saxlayan Ermənistanı məğlub edib. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanmış birgə bəyanat həm də Ermənistanın təslim bəyanatı oldu.

Spacetv.az xəbər verir ki, bu hadisə bütün dünyadakı soydaşlarımız tərəfindən böyük sevinclə qarşılanaraq milli həmrəylik hisslərini daha da gücləndirdi. Azərbaycanın müxtəlif şəhər və bölgələrini ağuşuna alan qələbə sevinci sosial şəbəkələrdən də yan keçə bilməzdi. Bu cür fərəh, qürur dolu paylaşımlar həm ölkə vətəndaşları, həm də xaricdə, qürbətdə yaşayan soydaşlarımız tərəfindən yerləşdirilir.

Paylaş

 Xəbəriniz olsun