Xaricdə yaşayan həmvətənlərimiz virusdan qorunmaq üçün çağrış edib.

  • SpaceTV
  • 1 May 2020 13:16

Koronavirus pandemiyası dövrünü yaşayırıq. Virus yayıldıqdan sonra ayrı-ayrı dövlətlər bir sıra qabaqlayıcı tədbirlər gördü və hələ də bu tədbirlərin davamı icra olunmaqdadır. İnsanların üzərinə düşən ən vacib iş isə mövcud durumu dəyişmək üçün mümkün olduğu qədər evdə qalmaqdır. Bütün bu məhdudiyyətlərin hamısı  sağlamlığımız üçündür. Virusun yayıldığı hər bir ölkədə karantin vəziyyətindən çıxış mərhələli şəkildə həyata keçirilir. Və bu dönəmdə dünyanın 4 bir yanında yaşayan həmvətənlərimiz var. Xarici  ölkələrdə işləyir, təhsil alır və sair. Onlar televiziyamız vasitəsilə virusun ölkəmizdə daha geniş yayılmaması üçün müraciət edərək tövsiyələrini veriblər. İtaliyada yaşayan azərbaycanlı həkim Sayalı Vəliyeva  karantin rejiminə riayət olunmasının yalnız insanların özləri deyil, digərləri üçün də vacib olduğunu deyir.

Həkim bildirdi ki, karantin rejimi yumşalsa belə qaydalara ciddi şəkildə əməl etmək lazımdır.  

Virusun ilk yayıldığı Çində yaşayan həmyerlilərimiz də çağırış etdi.

Qeyd edək ki, karantin qaydalarına riayət olunmaması ilə bağlı tarixdə acı bir təcrübə var. Dünyada ispan qripi adlanan xəsətliyin ən çox can aldığı bir vaxt. Amerika Birləşmiş Ştatlarınin iki böyük şəhəri  Filadelfiya  və Sent-Luis  xəstəliyə qarşı fərqli şəkildə reaksiya veriblər. Sent Luis ciddi şəkildə  karantin qaydaları tətbiq edərkən, Filadelfiya 200 min insanın qatıldığı  bir tədbir təşkil edir. Bundan  3 gün sonra şəhərin 31 xəstəxanası qripə yoluxmuş və ölümcül xəstələrlə dolur.1 həftədə 5 min insanın həyatını itirir. Sent- Luisdə ilk yoluxma təsdiq edildikdən 2 gün sonra məktəblər, kitabxanalar, kilsələr bağlanır. Tramvayla səfərlər azadıldılır. Görülən tədbirlərlə  şəhərdə yoluxanların və bu xəstəlikdən ölənlərin  sayı Filadelfiya ilə müqayisə edilməz dərəcədə cüzi  olur. Əsl dərs alınacaq hadisə isə Sent Lusiin xəstəlik bitdi deyə karantin qaydasına dərhal son qoyması olur. Bu qərardan sonra yoluxanların sayında görünməmiş  artım qeydə alınır. Sonda Sent Luis də Filadelfiyanın acı taleyini yaşamalı olur.Odur ki, Sürətlə yayılan bu virusun ciddiyyətini bir daha dərk edib qaydalara əməl etməyi arxa plana atmayaq.  Xatırladaq ki,  dünyada koronavirus infeksiyasına yoluxanların sayı 3 milyonu ötüb, ölüm sayı isə 230 minə yaxınlaşır.

NƏRGİZ ƏRƏSTUNQIZI SPACE TV

Paylaş

 Xəbəriniz olsun