Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulunun müddəti uzadılıb

  • Space TV
  • 15 Dekabr 2020 12:53

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulunun müddəti uzadılıb.

Təhsil Nazirliyindən Spacetv.az-a verilən məlumata görə, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu üçün son müraciət tarixi 25 dekabr saat 23:59-dək təyin edilib.

Ətraflı məlumatla elan mətnindən tanış olmaq mümkündür.

Paylaş

 Xəbəriniz olsun