Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti uzadıldı

  • SpaceTV
  • 4 Avqust 2020 16:39

Xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş cari il üzrə ikinci sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti 16 avqust saat 23:59-dək uzadılıb.

Ətraflı məlumatla elan mətnindən tanış ola bilərsiniz.

Paylaş

 Xəbəriniz olsun