Xaricə səyahət edən azərbaycanlılar DİQQƏTLİ OLUN: Baqajın gecikməsinə görə…

  • Space TV
  • 28 Dekabr 2019 12:59

Bu gündən etibarən Beynəlxalq Mükli Aviasiya Təşkilatının qərarı ilə aviadaşımalar üzrə yeni qaydalar qüvvəyə minib. Bunlarla yanaşı, bir sərnişinin həyatına, sağlamlığına vurulan ziyana və ya baqajın gecikməsinə görə ödəniləcək kompensasiyanın məbləği artırılır.

SPACE TV-in “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, dəyən zərər beynəlxalq uçuşlar üzrə Monreal Konvensiyasına görə Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi pul vahidi SDR-da (xüsusi borclanma hüququ) ihesablanır.

Qeyd edək ki, dekabrın 28-nə olan məlumata görə, 1 SDR – 1,37761 dollara bərabərdir.

Sübut edilmiş zərər üçün maksimum kompensasiya miqdarı:

Ölüm və ya xəsarət üçün – 128,8 min SDR və ya 177,4 min dollar (əvvəllər kompensasiya məbləği 113,1 min SDR) idi;

Sərnişinin gecikməsinə görə – 5,35 min SDR və ya 7,4 min dollar (əvvəllər – 4,7 min SDR);

Baqaj gecikdirilməsinə görə – 1,3 min SDR və ya 1,79 min dollar (əvvəllər – 1,1 min SDR);

Yük gecikməsinə görə – 22 SDR və ya 30,3 dollar (əvvəllər – 19 SDR).

Qeyd edək ki, Monreal Konvensiyasının iştirakçılarının sayı 130 ölkədən artıqdır. Bu siyahıda Azərbaycan da var.

Paylaş

 Xəbəriniz olsun