“Xarı Bülbül” adlı beynəlxalq turnir keçiriləcək – VİDEO

  • Space TV
  • 22 Dekabr 2020 10:39

Gənclər və İdman, eləcə də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin Azərbaycan Kiberidman Federasiyası tərəfindən ölkəmizdə kiberidmanın inkişafına dəstək olan “Gaming League Azerbaijan”ın (GLA) təşkilatçılığı ilə “COUNTER STRİKE”: “GLOBAL Offensive” oyunu üzrə “Xarı Bülbül” adlı beynəlxalq turnir keçiriləcək. 

Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Özbəkistan təmsilçiləri də iştirak edəcək.

Turnirdə hər ölkə iki komanda ilə təmsil olunacaq. Turnirə yalnız ölkələrinin milli seçmə turnirinin qalibləri qatılacaq. Dekabrın 24-də başlayacaq yarış beş gün davam edəcək.

Sizə yarışın promo videosunu təqdim edirik:

Yarışı canlı izləmək üçün:

“Twitch”: glahub

“Instagram” ünvanı: Glahub

2019-cu ilə qədər olan statistikalara görə, 400 milyondan artıq insanın marağını qazanan kiberidman sahəsi bu gün də öz populyarlığını artırmağa davam edir. Kiberidman oyunları test oyun olaraq 2022-ci ildə baş tutacaq 19-cu Asiya Oyunlarına daxil edilib.

Azərbaycanda isə 2019-cu ildə yaranıb, kiberidman turnirləri həyata keçirən “Gaming League Azerbaijan” (GLA) bugünədək 10-dan çox (14) kiber idman çempionatı həyata keçirib.

Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədi ilə yaradılan bu şirkətin prioritet məqsədləri arasında Azərbaycanda beynəlxalq səviyyəyə qədər kiber idman üzrə oyunların inkişaf etdirilməsi və Azərbaycanda həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün bütün lazımi şəraitin yaradılması daxildir.

Paylaş

 Xəbəriniz olsun