Xankəndinin şimal ətrafı minalardan təmizlənib

  • Space TV
  • 25 Dekabr 2020 13:20

Rusiyanın sülhməramlı qüvvələrinin mühəndis bölmələri Xankəndinin şimal ətrafının minalardan təmizlənməsini başa çatdırır. 

Spacetv.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq mina əleyhinə mərkəzinin mütəxəssisləri tərəfindən Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə iş davam edir. Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri artıq Xankəndinin şimal ətrafını minalardan təmizləyib.

Əməliyyatlar ərzində sülhməramlılar ümumilikdə 280 hektardan çox yeri, təxminən 107 kilometr yolu, 452 tikilini minalardan təmizləyiblər və 9 mindən çox partlayış təhlükəsi olan predmeti aşkar edərək zərərsizləşdiriblər.

Qeyd edək ki, dekabrın 17-də Şuşa yaxınlığında yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Rusiya Müdafiə Nazirliyinin Ərazilərin Minalardan Təmizlənməsi üzrə Beynəlxalq Mərkəzinin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb. Yaralıya təcili tibbi yardım göstərilib. Lakin ağır xəsarətlər alan zabitin həyatını xilas etmək mümkün olmayıb.

Paylaş

 Xəbəriniz olsun