Xan Sarayının ərazisinə giriş bərpa edildi

  • SpaceTV
  • 9 Avqust 2019 11:20

SPACE.TV-nin Dövlət Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, Şəki Xan Sarayının ərazisinə giriş bərpa edilib.

Məlumata görə,  yerli və xarici mütəxəssislərin, digər dövlət orqanlarının müsbət rəylərindən sonra sarayın fəaliyyətinin bərpa olunmasına qərar verilib.

Dövlət Turizm Agentliyi yerli və xarici turistləri Şəki Xan Sarayını ziyarət etməyə dəvət edir.

Məlumat üçün bildirək ki,  iyulun 14-də Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın budağı qəflətən qırılaraq sarayın həyətində olan turistlərin üzərinə düşüb. Bu səbəbdən də,  19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.

Paylaş

 Xəbəriniz olsun