Xamneyi Trampın qanlı fotosunu paylaşıb

  • Space TV
  • 10 Yanvar 2020 10:31

İranın ali dini lideri Əli Xamneyinin veb səhifəsi ABŞ Prezidenti Donald Trampın üzünə “qanlı sillə” vurulmuş fotoşəkil yayımlayıb.

SPACE TV teleqraf.com-a istinadən xəbər verir ki, fotoya “Hərbi əməliyyat kifayət deyil, ABŞ-ın varlığına son qoyulmalıdır” qeydi yazılıb.

Saytda eləcə də Xamneyinin fikirləri yer alıb:

“ABŞ bölgəyə müharibə, anlaşılmazlıq, dağıntılar gətirdi, region ölkələri və xalqları ABŞ-ın varlığını rədd edir. ABŞ-a ağır zərbə vurduq, lakin Süleymaninin intiqamı başqa bir mövzudur”.

Xatırladaq ki, dini lider ABŞ-ın üzünə sillə vurduqlarını bəyan etmişdi.

Paylaş

 Xəbəriniz olsun