Xameneidən Trampa intiqam mesajı – FOTO

  • SpaceTV
  • 22 Yanvar 2021 16:32

İranın dini lideri Əli Xamenei sosial şəbəkə hesabında etdiyi paylaşım bütün dünyada gündəmə çevrilib.

Spacetv.az xəbər verir ki, bu barədə “Hürriyet” yazıb.

Ə.Xameneinin “Twitter” hesabında etdiyi paylaşımda ABŞ-ın sabiq prezidenti Donald Trampa bənzəyən bir şəxs pilotsuz uçuş aparatı tərəfindən hədəf seçilib. Fotoya fars dilində yazılan sözlərdə iranlı general Qasım Süleymaninin intiqamının alınacağı bildirilib.

Sosial şəbəkədə gündəmə çevrilən paylaşım “Twitter” tərəfindən silinib.

Paylaş

 Xəbəriniz olsun