Xalq Prezident İlham Əliyevə güvənir – MÜRACİƏTLƏR

  • SpaceTV
  • 30 Sentyabr 2020 17:03

Azərbaycan vətəndaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət edirlər.

Spacetv.az xəbər verir ki, müraciətlərdə Ermənistanın sentyabrın 27-dən etibarə törətdiyi təxribatlar pislənilir.

Azərbaycanın müxtəlif bölgələrindən edilən müraciətlərdə hazırkı hadisələrin şahidləri Ali Baş Komandana inandıqlarını, tezliklə qələbə xəbərini onun dilindən eşidəcəklərini bildiriblər. Onlar 30 ilə yaxındır ki, həsrətində olduğu, səbirsizliklə gözlədikləri ən böyük arzuları – Vətən torpağının işğaldan azad olunduğu günü görməyi səbirsizliklə gözlədiklərini bildiriblər.

Müraciət edənlər sırasında qadınlar, həmçinin xarici dövlətlərdə yaşayan həmvətənlərimiz də var.

Paylaş

 Xəbəriniz olsun