Xalq öz şəhidiylə vidalaşdı – VİDEO

  • SpaceTV
  • 27 Oktyabr 2020 13:27

Azərbaycan ordusu cəbhədə tarix yazmaqda davam edir. İşğal altında olan torpaqlarımız igidlərimizin qanı, canı bahasına qarış-qarış, kəndbəkənd düşməndən azad olunur. Qubadlı uğrunda gedən döyüşlərdəcanını vətən yolunda qurban verənlərdən biri də şəhid Dmitri Sontsev oldu

Space TV xəbər verir ki, milliyyətcə rus olan 25 yaşlı şəhidimizin nəşi doğulduğu Nəsimi rayonunda yerləşən mənzilinə sonuncu dəfə gətirilib. Valideynlərini erkən itirən və yeganə bacısı Yuliya ilə birgə böyüyən Dmitrini bütün rayon ictimaiyyəti təntənəli şəkildə qarşılayıb və yola saldı.

Mərasimdə iştirak edən yaxınları, müəllimləri şəhidin necə vətənpərvər biri olduğunu və onunla bağlı xatirələrini  dilə gətirdilər. Dövlət Neft Sənaye Univeristetini qırmızı diplomla bitirən və TƏBİB-də koronaviruslu xəstələrin müalicəsində könüllü kimi işə başlayan Dmitri Vətənin dar günündə də özünü cəbhəyə çatdırıb.

Şəhidlə vida mərasimi başa çatdıqdan sonra,üçrəngli bayrağımıza bükülmüş tabutu hərbçilərin çiynində dini ayinlərin icrası üçün Rus Provaslav Kilsəsinə gətirildi.

Daha sonra Şəhidimiz, “Şəhidlər ölməz, Vətən bölünməz” şüarları ilə İkinci Fəxri Xiyabanda dəfn edilib.

Paylaş

 Xəbəriniz olsun